Pressa.az » Ölkə » Azərbaycanda mediator olmaq istəyənlərin yaş həddi artırılacaq

Azərbaycanda mediator olmaq istəyənlərin yaş həddi artırılacaq

27 iyul 2023, Cümə axşamı, 12:49
Azərbaycanda mediator olmaq istəyənlərin yaş həddi artırılacaq

Azərbaycanda mediatorların yaş həddinin artırılması təklif edilir.

LiderXəbər-in xəbərinə görə, bunu Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev

Ombudsman Aparatında mediasiya islahatları sahəsində qanunvericiliyin təkminləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli qərarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilən ilkin dinləmələr zamanı deyib.

O bildirib ki, hazırda mediator olmaq üçün yaş həddi 25-dir: “Ancaq biz bunu 30 yaşa qaldırmağı təklif edirik. Həmçinin mediatorların hüquq təhsilinin olmasını da təklif edirik”.