Pressa.az » Ölkə » Xameneinin dəfn mərasimi təxirə salındı

Xameneinin dəfn mərasimi təxirə salındı

04 mart 2026, Çərşənbə, 15:40
Xameneinin dəfn mərasimi təxirə salındı

İranın ali lideri Əli Xameneinin dəfn mərasimi təxirə salınıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, mərasimin yeni vaxtı daha sonra açıqlanacaq.

Xatırladaq ki, İran hakimiyyəti bundan əvvəl mərhum ali liderlə vida mərasiminin bu gün baş tutması haqqında məlumat dərc etmişdi. Xəbərdə bildirilirdi ki, vida mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq və 3 gün davam edəcək.

Xatırladaq ki, Əli Xamenei İsrail və ABŞ-nin Tehrana zərbələri zamanı ölüb.