Sədr departament müdirini işdən çıxardı
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Strategiya departamentinin müdiri Anar Qasımov vəzifəsindən azad edilib.
Liderxeber.az-ın İqtisadiyyat.az-a istinadən verdiyi məlumata görə, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq Əmr imzalayıb.
Onun yerinə isə hələlik təyinat olmayıb.
Qeyd edək ki, dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olan 41 yaşlı A.Qasımov 2023-cü ildən ADY-də çalışırdı.
Oxşar Xəbərlər:
01 oktyabr 2024, Çərşənbə axşamı
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
