Rəsmi Tehrandan dron hücumu ilə bağlı - Açıqlama
İran tərəfi Naxçıvana dron hücumu edilməsini təkzib edib.
Liderxeber.az xəbər verir ki, bu haqda İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Azərbaycanın “AnewZ” kanalına danışıb.
“Biz qonşu ölkələrimizə hücum etmirik. Bu insident barədə sizdən eşidirəm. Bu məlumatı, onun mənbəyini araşdırıb sonra sizə cavab verə bilərəm”, - o deyib.
Qaribabadi əlavə edib ki, İranın siyasəti yalnız regionda fəaliyyət göstərən və İran mülki vətəndaşlarına hücum etmək üçün istifadə olunan ABŞ və İsrail hərbi bazalarına hücum etməkdir: “Əvvəldən elan etmişik ki, əgər regionda hərbi baza varsa və onlardan İrana hücum etmək üçün istifadə olunursa, onları hədəfə alacağıq. Bizim yürütdüyümüz siyasət budur”.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
30 yanvar 2025, Cümə axşamı
Tənqidi təfəkkürə sahib olmaq niyə vacibdir? - "Kurikulumlarda ciddi problem var"
