Pressa.az » Ölkə » "Nur" və "Vəhdət" Xeyriyyə Cəmiyyəti şəhid ailələri üçün iftar mərasimi təşkil edib

"Nur" və "Vəhdət" Xeyriyyə Cəmiyyəti şəhid ailələri üçün iftar mərasimi təşkil edib

19 mart 2026, Cümə axşamı, 18:13
"Nur" və "Vəhdət" Xeyriyyə Cəmiyyəti şəhid ailələri üçün iftar mərasimi təşkil edib

Müqəddəs Ramazan ayı münasibətilə “Nur” Xeyriyyə Cəmiyyəti və “Vəhdət” Xeyriyyə Cəmiyyəti tərəfindən gözdən əlillər, şəhid ailələri və ehtiyaclı ailələr üçün iftar süfrəsi təşkil edilib.

Liderxeber.az xəbər verir ki, tədbirdə şəhid ailələri, Əhli-beyt məddahları, şairlər və digər qonaqlar iştirak edərək dini-mənəvi mövzuda çıxışlar ediblər. İftar proqramı iştirakçılar arasında həmrəylik və birlik ruhunun daha da gücləndirilməsinə xidmət edib.

Sonda ehtiyaclı ailələrin övladlarına müxtəlif hədiyyələr təqdim olunub.