Bakıda bu evlər suyun içindədir
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gültəkin Əsgərova küçəsində bir metrdən çox hündürlüyü olan su onlarla mənzilin içinə dolub.
Liderxeber.az xəbər verir ki, nəticədə məişət avadanlıqları sıradan çıxıb.
Sakinlər bildiriblər ki, evləri suyun içindədir, əşyaları ələ gələn vəziyyətdə deyil.
