Bu qanunda dəyişiklik edildi
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də üç ay müddətində müvafiq dəyişiklik edib Azərbaycan Prezidentinə məlumat verməli, qanunundan irəli gələn digər məsələləri həll etməlidir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
28 mart 2024, Cümə axşamı
Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rənglərinə dair tələb müəyyənləşib
