Pressa.az » Ölkə » Nailə Qəmbərova: "Pasiyentin qidalanma rejiminə ciddi nəzarət etmək əsas iş prinsipimdir"

Nailə Qəmbərova: "Pasiyentin qidalanma rejiminə ciddi nəzarət etmək əsas iş prinsipimdir"

19 avqust 2023, Şənbə, 13:14
Nailə Qəmbərova: "Pasiyentin qidalanma rejiminə ciddi nəzarət etmək əsas iş prinsipimdir"

Piylənmə üzrə mütəxəssis,  dietoloq-nutrisioloq Nailə Qəmbərova: "Pasiyentin qidalanma rejiminə ciddi nəzarət etmək əsas iş prinsipimdir"

- Nailə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Bu sahəyə öz istəyimlə gəlmişəm. Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirməyimə baxmayaraq, məktəb yaşlarımdan sağlam qidalanma ilə maraqlanmışam. Ona görə də, universiteti bitirdikdən sonra ikinci ixtisas olaraq bu ixtisası seçdim.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq on beş ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Aidiyyatı seminarlarda, konfranslarda iştirak edirəm. ANDOP diyetologiya tibb mərkəzində çalışıram. Özəl klinikalara da dəvət ilə gedirəm və orada pasiyentləri qəbul edirəm. Onlara qidalanmaya dair məsləhətlər və psixoloji dəstək verirəm. Artıq çəkidən əziyyət çəkənlərin qan analizlərini müayinə edirəm. Sağlam çəki atmaq üçün individual pəhriz proqramı tərtib edirəm və s. Bundan başqa, healy maqnit resonans cihazı vasitəsilə insan orqanlarının müayinə edirəm. Maqnit dalğaları ilə hüceyrələrə lazim olan frekansları çatdırıram. Bədəndə olan mənfi enerjiləri təmizləyirəm. Müxtəlif xəstəlikləri maqnit dalğaları ilə müalicə edirəm.

- Ailəlisinzmi?

- Bəli, ailəliyəm. İki övladım var.

- Sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Daha çox artıq çəkidən azad olmaq üçün və çəki almaq üçün müraciətlər olur.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Duz, şirniyyat və un məmulatlarına qəti surətdə "yox" deyirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Pasiyentin qidalanma rejiminə ciddi nəzarət edirəm. Əsas iş prinsipini budur.

- Oxuculara nə məsləhət görürsünüz?

- Hər kəsə sağlam həyat tərzi və sağlam qidalanma məsləhət görürəm.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu sahə mənim təcrübələrimlə məni bu qədər tanıdacaq. İşimi çox sevirəm.

Əlaqə nömrəsi: (055) 221 38 58

Instagram: dietoloq_naile.qemberova