Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir müavinləri təyin olunub.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Əmr imzalayıb.
Yeni təyin olunmuş müdir müavinləri - Fəttah Fəttayev və Turanə Məcidli kollektivə təqdim edilib.
Tədbirdə MÜTDA-nın direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, MÜTDA-nın və İdarənin struktur bölmə rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, bu təyinata qədər Fəttah Fəttayev Bakı şəhəri 214 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, Turanə Məcidli isə BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində çalışıblar.


Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
04 oktyabr 2023, Çərşənbə
Bakıda “HEYDƏR ƏLİYEV İDEYALARI İLƏ YETİŞƏN NƏSİL” adlı təhsil konfransı keçirilib
