Pressa.az » Ölkə » İki sərhəd-keçid məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərclənəcək

İki sərhəd-keçid məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərclənəcək

08 aprel 2026, Çərşənbə, 16:53
İki sərhəd-keçid məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərclənəcək

"Astara" və "Biləsuvar" dövlət sərhəd-keçid məntəqələrində infrastrukturun yenilənməsi, həmçinin binalarda cari və əsaslı təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Liderxeber.az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedur işlərinin həyata keçirilməsinə başlanılıb.

Dövlət Gömrük Komitəsi sözügedən işlərin reallaşdırılmasına 16 milyon 972 min 808 manat xərcləməyi proqnozlaşdırıb.