Ödənişli yollarda sürət həddi saatda 130 km oldu
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilib.
Liderxeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Yol hərəkəti haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanuna əsasən, ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
31 yanvar 2024, Çərşənbə
Utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlər ödəniləcək
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
