Pressa.az » Ölkə » Bakıda bu keçiddəki lift iki aydır işləmir - Video

Bakıda bu keçiddəki lift iki aydır işləmir - Video

17 aprel 2026, Cümə, 09:18
Bakıda bu keçiddəki lift iki aydır işləmir - Video

Bakının Xətai rayonunda, Ukrayna dairəsindəki yerüstü piyada keçidində lift işləmir.

Liderxeber.az xəbərinə görə, sakinlər bildirir ki, keçiddəki lift əvvəllər həftədə iki gün işləyirdi, qalan günlər isə fəaliyyət göstərmirdi.

Qeyd edilib ki, lift artıq iki aydır ki, ümumiyyətlə, işlək vəziyyətdə deyil.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda paytaxt ərazisində lift və eskalatorların təmiri aparılır.

Vurğulanıb ki, sözügedən keçiddəki liftin təmiri üçün xarici ölkədən ehtiyat hissə sifariş edilib. Sifariş gecikdiyi üçün təmir də ləngiyir.

Daha ətraflı videomaterialda: