Pressa.az » Ölkə » Artıq Kürdəmirə də qatarla gedə biləcəyik

Artıq Kürdəmirə də qatarla gedə biləcəyik

17 aprel 2026, Cümə, 09:43
Artıq Kürdəmirə də qatarla gedə biləcəyik

Aprelin 18-dən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

Liderxeber.az xəbər verir ki, məqsəd sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsidir.

Məlumat üçün bildirək ki, Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı-Ağstafa-Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.

Bilet satışı 17 aprel tarixindən başlayır.