Pressa.az » Ölkə » ADY Bakı-Hövsan xətti üçün 20 yeni qatar alacaq - FOTO

ADY Bakı-Hövsan xətti üçün 20 yeni qatar alacaq - FOTO

17 aprel 2026, Cümə, 13:47
ADY Bakı-Hövsan xətti üçün 20 yeni qatar alacaq - FOTO

"Bakı-Hövsan istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində işlər aparılır".

Liderxeber.az xəbər verir ki, bunu Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

O bildirib ki, dövlət proqramına əsasən, bu istiqamətdə qatarların həm alışı, həm də stansiyaların bərpası istiqamətində işlər görüləcək:

"Həmçinin mövcud stansiyaların, dəmir yollarının təmir-bərpası nəzərdə tutulub. Artıq layihələndirilmə işlərinə başlanılıb. Həmçinin qatarların alışı ilə bağlı işlər aparılır. Belə ki, bu istiqamətdə yeni 20 qatarın alınması planlaşdırılır".