Şərq Qızıl Bazarında müsabiqənin qalibi Qazimiz oldu!
Yeni istifadəyə verilmiş ölkənin ən böyük qızıl bazarı olan Şərq Qızıl Bazarının təşkil etdiyi müsabiqədə ROLEX qızıl saatı uğrunda 5000 dən çox insan iştirak etmişdir.
24.08.2023-cü il tarixində @sharg_qizil_bazari instagram səhifəsində canlı yayın vasitəsi ilə Ağdam rayonundan olan Vətən müharibəsi qazisi Rauf Qasımov qalib olub. Şərq Qızıl Bazarı müsabiqədə təşkil etdiyi bahalı hədiyyəni qazimizə təqdim edib.
Xatırladaq ki, @sharg_gizil_bazari səhifəsində yenidən müsabiqə təşkil edilib. Bu dəfə hədiyyə olaraq təşkilatçılar Şuşa loqotipi ilə bəzədilmiş 5 qramlıq qızıl külçə hədiyyə vəd ediblər.
Bundan əlavə ölkədə ilk dəfə olaraq qızıl zinət əşyalarını Şərq Qızıl Bazarından ilkin ödəniş etmədən tək şəxsiyyət vəsiqəsi ilə kreditlə də əldə etmək mümkündür.
https://youtube.com/shorts/6Vrw26N_cJE?si=n2dwrBrGxULjqWeD