Bu yolda hərəkət məhdudlaşdırılacaq
Sabah saat 00:00-dan Bakının Müzəffər Nərimanov küçəsindən Araz küçəsinə qədər olan hissədə (metronun “Ulduz” stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət təmir işləri başa çatana qədər qüvvədə olacaq.
“Sürücülərdən xahiş olunur ki, aparılan işlərə anlayışla yanaşsınlar, əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, - deyə qeyd edilib.
Oxşar Xəbərlər:
24 yan 2024, 10:30
23 mar 2026, 08:40
16 sen 2025, 10:15
26 dek 2025, 12:49
