Bu istiqamətdə əlavə qatar reysləri olacaq
Sərnişin tələbatını təmin etmək məqsədilə 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir.
Liderxeber.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
Qeyd edilib ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Oxşar Xəbərlər:
05 iyun 2025, Cümə axşamı
Bakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişin daşımalarına start verilir
25 sentyabr 2025, Cümə axşamı
ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır - Cədvəl
