Səfərbərlik Xidmətindən ölən əsgərlə bağlı - Açıqlama
Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən əsgər Hüseyn Əsədov ötən gün vəfat edib.
Liderxeber.az xəbər verir ki, 20 gün əvvəl hərbi xidmətə çağırılan əsgər artıq Binə qəbiristanlığında torpağa tapşırılıb.
Xəbəri rus dilində oxuyun: Трагедия в ГПС: начато расследование смерти новобранца
Hüseyn Əsədovun ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, onun hərbi xidmət zamanı xəstəliyə tutulduğu iddia edilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov sorğumuza cavab olaraq bildirib ki, fakt üzrə cinayət işi başlanıb və hazırda istintaq aparılır. İstintaqın nəticəsindən asılı olaraq prosesual qiymət veriləcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 oktyabr 2024, Cümə axşamı
DSX-nin Sahil Mühafizə gəmiləri açıq dənizdə manevrlər edərək müxtəlif tapşırıqlar icra ediblər - MEDİATUR
