Güclü külək ağacı maşınların üzərinə aşırdı
Ağcabədi şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib.
Liderxeber.az-ın xəbərinə görə, ötən gecə güclü küləyin təsirindən irigövdəli ağac aşaraq, “Mercedes-Benz” və “VAZ-2106” markalı avtomobillərin üzərinə düşüb.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Bundan başqa, şəhərin digər hissəsində qaz xətti qırılıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş aparılır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
05 fevral 2026, Cümə axşamı
Qiymətdən daha önəmlisi - Azərbaycanda dayanıqlı avtomobil bazarının formalaşdırılmasıdır
18 fevral 2026, Çərşənbə
Prezident İlham Əliyevin enerji diplomatiyası Azərbaycanın qlobal investisiya mövqeyini gücləndirir
