Pressa.az » Ölkə » “UAZ” dərəyə aşdı - Ölən var

“UAZ” dərəyə aşdı - Ölən var

15 may 2026, Cümə, 08:22
“UAZ” dərəyə aşdı - Ölən var

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, hadisə rayonun Slavyanka kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza zamanı 1985-ci il təvəllüdlü Azad İsmayılov ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır.