Bakı-Sumqayıt yolunda ağır qəza
Xırdalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə mayın 14-ü günorta saatlarında Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Chery” markalı avtomobil avtokarla toqquşub.
Şahidlərin sözlərinə görə, avtokar ərazidə nasaz vəziyyətdə qalmış nəqliyyat vasitəsinin yoldan çıxarılması məqsədilə hadisə yerinə cəlb olunub. Lakin həmin vaxt baş verən toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, avtokarın sürücüsü ağır bədən xəsarətləri alıb.
Yaralı şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
19 may 2025, Bazar ertəsi
Hövsanda avtobusla toqquşan avtomobil AŞDI - Hadisənin təfərrüatı məlum oldu
