İsmayıllı-Lahıc yolunda uçqun oldu - Hərəkət dayandı - Fotolar
İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərərkəti dayandırılıb.
Liderxeber.az xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.
Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır.



Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
05 fevral 2026, Cümə axşamı
Qiymətdən daha önəmlisi - Azərbaycanda dayanıqlı avtomobil bazarının formalaşdırılmasıdır
