Mavriki Prezidenti İçərişəhərdə - Fotolar
BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Mavriki Prezidenti Daramber Qoxul İçərişəhəri ziyarət edib.
Bu barədə Liderxeber.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Bildirilib ki, Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud ilə birgə keçirilən tanışlıq turu zamanı ali qonaq Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Buxara Karvansarası və digər tarixi-memarlıq abidələri ilə yaxından tanış olub.
Səfər müddətində nümayəndə heyətinə İçərişəhərin qlobal mədəni irs statusu, qədim abidələrin mühafizəsi istiqamətində atılan addımlar, eləcə də yerli icmanın və sənət adamlarının bu prosesə cəlb olunması barədə geniş məlumat verilib.












Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
13 mart 2025, Cümə axşamı
“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”
