Pressa.az » Ölkə » Türk dövlətləri ərazilərində təbii fəlakətlərlə bağlı birgə mərkəzlər yaradılacaq

Türk dövlətləri ərazilərində təbii fəlakətlərlə bağlı birgə mərkəzlər yaradılacaq

07 sentyabr 2023, Cümə axşamı, 12:46
Türk dövlətləri ərazilərində təbii fəlakətlərlə bağlı birgə mərkəzlər yaradılacaq

"Bugünkü görüş hər hansı bir üzv dövlətlərin ərazisində təbii fəlakət baş verərsə, həmin ölkələrin xilasedicilərinin müəyyən vaxt gözləmədən orada iştirak etməsi və yaradılacaq mərkəzlərlə bağlı idi".

LiderXəbər xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündən sonra jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, təşkilatın növbəti iclası bir müddət sonra Qazaxıstanda keçiriləcək: "Orada zirvə toplantısı olacaq və sənədlər imzalanacaq. Bir neçə yerdə birgə mərkəzlər yaradılacaq. Bu, üzv dövlətlərin ərazilərində yerləşəcək".