Cəbrayılın Şükürbəyli kəndi doğma sakinlərini qarşıladı: Köç karvanı çatdı, açarlar təqdim edildi
Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib.
Liderxeber.az xəbər verir.
Cəbrayıl rayonun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
Liderxeber.az xəbər verir ki, bu mərhlədə Şükürbəyli kəndinə 39 ailə - 165 nəfər köçürülüb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Şükürbəyli kəndinə 39 ailə - 165 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
