Pressa.az » Ölkə » WUF13-ə görə dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir

WUF13-ə görə dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir

22 may 2026, Cümə, 10:55
WUF13-ə görə dəyişdirilən marşrutların fəaliyyəti bərpa edilir

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar hərəkət sxemi dəyişdirilən 28 marşrutun əvvəlki sxemi üzrə, eləcə də müvəqqəti dayandırılan 4 ekspres marşrutun fəaliyyəti bərpa edilir.

Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. 

Mayın 23-dən 15, 18, 31, 32, 60, 70, 71, 107, 107A, 118A, 118B, 125, 131, 133, 148, 162, 166, 168, 169, 173A, 173B, 197, 198, 199, 204, 214, 214A, M8 nömrəli marşrutların hərəkət sxemləri və müvəqqəti dayandırılan 120E, 121E, 140E, E1 nömrəli marşrutların fəaliyyəti bərpa olunacaq.