MN: Qanunsuz erməni silahlılarının yeni səngərlər qazmaq cəhdinin qarşısı alınıb
Sentyabrın 8-i saat 00:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb", - nazirlikdən əlavə edilib.
Oxşar Xəbərlər:
10 iyun 2023, Şənbə
Azərbaycan Ordusunun Xocalı, Şuşa və Daşkəsən istiqamətlərində mövqeləri atəşə tutulub
11 iyul 2023, Çərşənbə axşamı
MN: "Naxçıvan, Xocalı və Xocavənd istiqamətlərində mövqelərimiz atəşə tutulub"