Pressa.az » Ölkə » Qəbulun II cəhdinə qeydiyyat başlayır

Qəbulun II cəhdinə qeydiyyat başlayır

25 may 2026, Bazar ertəsi, 11:50
Qəbulun II cəhdinə qeydiyyat başlayır

II və III qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdi iyulun 5-i keçiriləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən məlumat yayılıb.

Bildirilib ki, I və IV qruplar üzrə isə qəbul imtahanı, həmçinin coğrafiya fənni üzrə isə əlavə imtahan iyulun 12-si olacaq.

İmtahan üçün qeydiyyat iyunun 1-i saat 14.00-dan iyunun 8-i saat 23.59-a kimi aparılacaq.