Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə - Təyin edildi
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəis müavini təyin edilib.
Liderxeber.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən Vətən Mübaribəsi Qəhrəmanı polkovik Füzuli İmrəliyev Agentlik rəisi general-mayor Sərdar Səfərovun müavini təsdiqlənib.Qeyd edək ki, Füzuli İmrəliyev daha əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) çalışıb. Sonradan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Kobra” xüsusi təyinatlı dəstəsinin komandiri olub. Sonuncu vəzifədə xidmət edərkən Vətən Müharibəsi zamanı bir neçə rayonun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şücaət göstərib. Daşaltı əməliyyatı zamanı yaralanan İmrəliyev müxtəlif orden və medallarla təltif edilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
17 oktyabr 2023, Çərşənbə axşamı
Bu gün Füzuli Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür
