Pressa.az » Ölkə » TƏBİB-də yeni direktor təyinatları

TƏBİB-də yeni direktor təyinatları

26 may 2026, Çərşənbə axşamı, 14:58
TƏBİB-də yeni direktor təyinatları

Tibbi Əraazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

Liderxeber.az xəbər verir ki, təyinatlarla bağlı müvafiq əmrlər imzalanıb.

Əmrə əsasən, Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyinat alıb.

C.Paşayev müxtəlif illərdə ayrı-ayrı tibb müəssiələrində çalışıb. Hazırkı təyinatına qədər isə “Elit-Central” Hospitalın baş həkimi vəzifəsində çalışıb.

C.Paşayev 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə xidmətə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.

Digər əmrlə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə Nəsirova Leylan Məhəmmədəli qızı təyin edilib.

L.Nəsirova 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 2005-2006-cı illərdə Kliniki Tibbi Mərkəzdə nevropatoloq ixtisası üzrə internatura təhsili alıb.

O, 2022-ci ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor müavini və baş həkimi vəzifələrində çalışıb.

2022-ci ildən hazırkı təyinatına qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 19 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri olub.