Prezidentin sosial şəbəkə hesablarında 1 İyunla bağlı paylaşım edildi
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edilib.
Liderxeber.az xəbər verir ki, paylaşımda deyilir:
“Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram”.
