Bakıda bütün məktəblərdə vahid formaların seçimi təsdiqlənib
Bakıda bütün məktəblərdə vahid məktəbli formalarının seçimi təsdiq olunub.
Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə deyib.
Onun sözlərinə görə, vahid məktəbli forması nizam-intizamın başlanğıcıdır: "Biz bu məsələdə icraçı istiqamətdə maarifləndirici və kommunikasiyaedici tərəfik. Məktəbli formasının seçimində çox yaxşı işlər gedir. Hesab edirik ki, məktəblər bu cəhətdən göz oxşayacaq. Onu da nəzərə alaq ki, həmin formalar 3 il qüvvədə olacaq".
Oxşar Xəbərlər:
05 iyun 2023, Bazar ertəsi
Yeni tədris ilindən Azərbaycan məktəblərində vahid məktəbli formasına keçiləcək
07 fevral 2023, Çərşənbə axşamı
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yeniliklər açıqlanıb