Pressa.az » Ölkə » İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək

İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək

19 iyun 2026, Cümə, 16:22
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək

İyunun 20-si gündüz Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 21-i gündüzdən 25-dək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti  məlumat yayıb. 

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar havanın temperaturu iyunun 21-də ötən günlərlə müqayisədə 4-7 dərəcə enəcək.

Oxşar Xəbərlər:

Bayram günləri hava necə olacaq?
26 may 2026, Çərşənbə axşamı
Bayram günləri hava necə olacaq?
Bazar günü hava necə olacaq?
27 dekabr 2025, Şənbə
Bazar günü hava necə olacaq?
Martda hava necə olacaq?
01 mart 2025, Şənbə
Martda hava necə olacaq?
Dekabrda hava necə olacaq?
28 noyabr 2025, Cümə
Dekabrda hava necə olacaq?