Çimərliyə getmək istəyənlərin nəzərinə!
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, iyunun 27-si şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 20-21, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.
