Nərimanovda yenilik - Obyektlər sökülür?
Bakının Nərimanov rayonunun Təbriz küçəsində nəqliyyat infrastrukturu ilə əlaqədar genişmiqyaslı işlərə başlanılıb.
Liderxeber.az xəbər verir ki, layihə 2025–2030-cu illər üçün nəzərdə tutulmuş Dövlət Proqramına əsasən həyata keçirilir.
Proqrama uyğun olaraq, “Nəriman Nərimanov” metrosunun ətrafında yerləşən obyektlər hasarlanıb. Sözügedən ərazidə 10-a yaxın müxtəlif təyinatlı mağaza və kafe fəaliyyət göstərir. Artıq piyadalar yalnız onlar üçün müəyyən edilmiş yerlərdən istifadə edərək əraziyə daxil ola bilirlər.
Həmin obyektlərin söküləcəyi və onların yerində avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacağı bildirilir. Metronun ətrafında yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.
Hələ söküntü işlərinə başlanılmasa da, obyekt sahibləri artıq bununla bağlı məlumatlar eşitdiklərini qeyd edirlər.
