Qəzada həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Açıqlama
“Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhid statusu veriləcək”.
LiderXəbər xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.
O qeyd edib ki, qəza nəticəsində həyatlarını itirən Azərbaycan Ordusunun hər üç hərbi qulluqçusuna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi hissə tərəfindən təqdim ediləcək bildiriş əsasında şəhid statusu veriləcək”.
Qeyd edək ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar.