Pressa.az » Ölkə » Bakıda yaşayış kompleksinin həyətində 4 avtomobil yandı - Yenilənib-Fotolar

Bakıda yaşayış kompleksinin həyətində 4 avtomobil yandı - Yenilənib-Fotolar

02 iyul 2026, Cümə axşamı, 09:13
Bakıda yaşayış kompleksinin həyətində 4 avtomobil yandı - Yenilənib-Fotolar

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sanunçu rayonu, Bakıxanov qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Liderxeber.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məişət tullantıları üçün nəzərdə tutulan qutularda baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məişət tullantıları üçün ayrılmış ərazidə altı ədəd plastik qutu,  yaxınlıqda park edilmiş “AUDİ” markalı minik avtomobilinin arxa yük hissəsi, “NİSSAN” və “FORD” markalı minik avtomobillərinin arxa bamperi, “FORD” markalı yük avtomobilinin ön bamperi yanıb.

Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.

***

Hadisə AKKORD tikinti şirkətinə məxsus “Uğur-2” yaşayış kompleksinin həyətində baş verib.