Qatarla Ağstafa istiqamətində gedəcək sərnişinlərə şad xəbər
İyulun 6-31-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.
Liderxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Məlumata əsasən, qatar bazar ertəsi və çərşənbə günlərində Bakıdan, çərşənbə axşamı və cümə axşamı günlərində isə Ağstafadan yola düşəcək.
Qeyd edilib ki, sözügedən reyslərə biletləri 10% endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz. Bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Oxşar Xəbərlər:
05 iyun 2025, Cümə axşamı
Bakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişin daşımalarına start verilir
25 sentyabr 2025, Cümə axşamı
ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır - Cədvəl
