Pressa.az » Ölkə » Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

14 sentyabr 2023, Cümə axşamı, 17:26
Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirzəqurbanlı və Uzunbabalı kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. ⠀
⠀ ⠀⠀⠀
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
 
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
 
Tatarməhlə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Mirzəqurbanlı və Uzunbabalı kəndləri haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.
 
Çıxış “Ümummilli Lider Heydər Əliyev elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşırdı” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan xalqı üçün misilsiz xidmətləri, elm və təhsil sahəsində aparılan islahatlar, görülən işlər görüş iştirakçılarının diqqətinə çatdırılıb.
 
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan, sentyabr ayının 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə gəldikdən sonra bütün sahələr kimi elm, təhsil sahəsinə göstərilən diqqətdən, qayğıdan və bu diqqət, qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla aparılması, Birinci vitse- prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun dəstəyilə rayonumuzda yenidən inşa olunan təhsil ocaqları haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.
RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub. İşğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.
 
Səyyar qəbulda ilk öncə sakinlər rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər,  kənddaxili yolların təmir olunması, internet provayderlərinin cəlb olunması, kəndə mavi yanacağın verilməsi, özünəməşğulluq və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
 
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.