Pressa.az » Ölkə » Bu şəhərin bir hissəsində qaz olmayacaq

Bu şəhərin bir hissəsində qaz olmayacaq

04 iyul 2026, Şənbə, 10:52
Bu şəhərin bir hissəsində qaz olmayacaq

Cəlilabad şəhərinin bir hissəsində qaz olmayacaq.

Liderxeber.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar olaraq iyulun 6-sı saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Heydər Əliyev prospektinin, Azərbaycan, M.Hüseynzadə və 20 Yanvar küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.