Pressa.az » Ölkə » Elxan Mikayılov Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib

Elxan Mikayılov Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib

15 iyul 2026, Çərşənbə, 10:10
Elxan Mikayılov Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib

Yeni yaradılmış Qida və Kənd Təsərrüfatı İşçi Qrupuna sədr seçilib.

Liderxeber.az xəbər verir ki, bu vəzifə “ASR Development Consulting Group” MMC-nin Baş direktoru Elxan Mikayılova həvalə olunub.

İyulun 28-də Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun ilk görüşü keçiriləcək. Görüş İşçi Qrupunun fəaliyyətə başlaması və üzvlər arasında ilkin əməkdaşlıq platformasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Görüş çərçivəsində İşçi Qrupunun məqsədləri, fəaliyyət gündəliyi və əsas prioritet istiqamətləri təqdim ediləcək, qarşıdakı təşəbbüslər və planlaşdırılan fəaliyyətlər barədə məlumat veriləcək. Eyni zamanda qida və kənd təsərrüfatı sektorunda mövcud tendensiyalar, əsas çağırışlar və inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılacaq, eləcə də üzvlərin təklif və tövsiyələri dinləniləcək, gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr həyata keçiriləcək.

Qeyd edək ki, İşçi Qrupunun gələcək fəaliyyət gündəliyinin və prioritetlərinin düzgün müəyyənləşdirilməsi üçün görüşdə fəal iştirakınız və təkliflərinizi bölüşməyiniz xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, “AmCham Azərbaycan” qida və aqrar sahəni 2026–2028-ci illər üzrə fəaliyyətinin əsas strateji istiqamətlərindən biri kimi müəyyən edib. Bu strateji istiqamət çərçivəsində qida və kənd təsərrüfatı sektorunun inkişafına töhfə vermək, biznes və dövlət arasında dialoqu gücləndirmək, eləcə də sektor üzrə praktiki təşəbbüslərin formalaşdırılmasını təşviq etmək məqsədilə Qida və Kənd Təsərrüfatı İşçi Qrupu yaradılıb.