Bakı metrosunda yeni texnologiya tətbiq ediləcək
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti fəaliyyətində rəqəmsal həlləri tətbiq edəcək.
Liderxeber.az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedura start verilib.
Layihə çərçivəsində üztanıma texnologiyasına əsaslanan davamiyyətə nəzarət sistemi, işə qəbul portalı, "MetroStar", "Bakı Metropoliteni" QSC-də SOS çağırış panellərinin yenilənməsi və mərkəzləşdirilmiş idarəetmə sistemi, qatarların hərəkət qrafikinin idarəetmə platformasının tətbiq olunması, həmçinin digər xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sözügedən layihənin həyata keçirilməsinə ilkin ehtimal olunan məbləğ 5 milyon 237 min 738 manat planlaşdırılır.
Oxşar Xəbərlər:
19 dek 2025, 13:55
24 iyn 2024, 17:38
