Pressa.az » Ölkə » Avropa İttifaqı ilə genişlənən strateji üfüqlər

Avropa İttifaqı ilə genişlənən strateji üfüqlər

23 iyul 2026, Cümə axşamı, 17:49
Avropa İttifaqı ilə genişlənən strateji üfüqlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniya Federativ Respublikasına sonuncu səfəri bir çox tarixi məqamlarla yadda qaldı.

Səfər çərçivəsində səslənən fikirlər, imzalanan sənədlər ölkəmizin son illər ərzində qazandığl nailiyyətlərin əhəmiyyətini göstrərir. Azərbaycan xalqı və dövləti öz hərbi-siyasi gücü, milli iradəsi ilə torpaqlarının uzunillik işğalına son qoyaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış dörd məlum qətnaməsini öz gücü ilə icra edən Bakı, zəfərdən dərhal sonra qalib tərəf kimi Ermənistana beynəlxalq hüquqa əsaslanan sülh gündəliyini təklif etmiş və qarşı tərəfdən müsbət cavab almışdır.

Bu mürəkkəb və məsuliyyətli danışıqlar prosesində, o cümlədən Almaniyada xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlərə ev sahibliyi edən Berlin hökumətinin neytral, konstruktiv və vasitəçilik səyləri xüsusi vurğulanır. 

Bununla yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə çoxtərəfli strateji münasibətləri də son dövrlərdə yüksələn xətt üzrə inkişaf edir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana həyata keçirdikləri rəsmi səfərlər ikitərəfli əlaqələrin yüksək siyasi çəkisini və strateji tərəfdaşlıq xarakterini sübut edir. Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi həm İttifaq-Azərbaycan tərəfdaşlığının dərinləşməsində, həm də imzalanmış ikitərəfli sənədlərin icrasında əsas hərəkətverici qüvvələrdən biri olmağa devam edir. Səfərin tarixi yekunu olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən "İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin, eləcə də "Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə"nin imzalanması iki ölkə arasındakı bu tarixi tərəfdaşlığın hüquqi, institusional və iqtisadi sütunlarını daha da möhkəmləndirmişdir.

Süsən Əliyeva;
Neftçala rayonu