Səhər saatlarında Tovuzda dəhşətli hadisə: Su kanalında iki meyit tapıldı
Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalında iki kişi meyiti aşkar edilib.
Liderxeber.az xəbər verir ki, meyitlərdən biri VAZ-2107 markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalan meyit avtomobildən çıxarılıb.
Avtomobildə olan şəxs Xatınlı kənd sakini Səid Sakit oğlu Həziyev, digəri isə Arzu Şahmar oğlu Müseyibovdur.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar, hadisənin baş vermə səbəbi araşdırılır.
Oxşar Xəbərlər:
18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı
