Pressa.az » Ölkə » Prezident İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini qəbul edib

Prezident İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini qəbul edib

20 sentyabr 2023, Çərşənbə, 15:09
Prezident İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.

LiderXəbər xəbər verir ki, görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.