Pressa.az » Ölkə » Sel Göygölün kəndinə gedən yolu sıradan çıxardı

Sel Göygölün kəndinə gedən yolu sıradan çıxardı

21 avqust 2026, Cümə, 15:06
Sel Göygölün kəndinə gedən yolu sıradan çıxardı

Gecə saatlarından başlayaraq Göygöl rayonuna yağan güclü yağış rayonun Zurnabad kəndinin əsas avtomobil yolunda ciddi problemlərə səbəb olub.

Liderxeber.az xəbər verir ki, sel suları kəndə aparan avtomobil yolunu sıradan çıxarıb.

Hadisə yerinə ağır texnikalar cəlb edilib. Hazırda yolun açılması istiqamətində işlər aparılır.

Məlumat üçün bildirək ki, gecə saatlarında Gəncə ətrafı bölgələrə yağan yağışlar sonrası dağ kəndlərində gediş-gəlişdə ciddi çətinliklər yaranıb.