Nazirlik: Xəstəlik əlaməti olan uşaqlar dərsə getməyə bilər
Elm və Təhsil Nazirliyi son günlər uşaqlar arasında yayılan virusla bağlı valideynlərə müraciət edib.
Bu barədə nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib.
Qeyd edilib ki, əgər uşaqlarda hər hansı xəstəlik əlaməti varsa, evdə müalicə olunsunlar: “Son günlər kəskin respirator virus infeksiyalarının sürətlə yayıldığını nəzərə alaraq uşaqların sağlamlığına diqqət etmək çox vacibdir. Əgər övladınızda hər hansı bir xəstəlik əlaməti müşahidə edilərsə, həkimə müraciət edilməsi, evdə qalaraq müalicə olunması tövsiyə olunur”.
Oxşar Xəbərlər:
25 yanvar 2023, Çərşənbə
850 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 1230 IMEI koda “klon” statusu verilib