232 minlik malı bəyan etmədilər
Balakən Gömrük İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən kompleks gömrük nəzarəti tədbirləri nəticəsində gömrük nəzarətinə bəyan edilməyən mallar aşkar edilib.
Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, idarənin “Mazımqara” gömrük postunda Gürcüstandan ölkəmizə gələn, qarışıq yüklər daşıyan iki yük nəqliyyat vasitəsində yoxlama aparılıb.
Yoxlama nəticəsində nəqliyyat vasitələrindən, ümumilikdə 232 min 185 manat dəyərində gömrük nəzarətinə bəyan edilməyən və düzgün bəyan edilməyən linzalar, məişət avadanlıqları, tibbi və kosmetik vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
23 avqust 2024, Cümə
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb
29 noyabr 2025, Şənbə
“Vətəndaşlar elə bilir ki, gömrükdə mallarını açır, içindən nəsə götürürlər...”
