Pressa.az » Ölkə » Sabah 28° isti olacaq

Sabah 28° isti olacaq

22 sentyabr 2023, Cümə, 13:25
Sabah 28° isti olacaq

Sentyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacaq.

Oxşar Xəbərlər:

İstirahət günü yağış yağacaq
16 sentyabr 2023, Şənbə
İstirahət günü yağış yağacaq
Sabahın hava proqnozu
10 may 2023, Çərşənbə
Sabahın hava proqnozu
Sabah Bakıda 25° isti olacaq
13 aprel 2023, Cümə axşamı
Sabah Bakıda 25° isti olacaq
Sabahın hava proqnozu
30 may 2023, Çərşənbə axşamı
Sabahın hava proqnozu