Metronun yeni stansiyası “20 Sentyabr” adlandırılacaq
“Bakı Metropoliteni” QSC-nin paytaxtın Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılacaq.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yeni qərar qəbul edib.
Baş nazir Əli Əsədovun imzaladığı qərar 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğunu nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsünə əsasən qəbul olunub.
Bakı Şəhər İcra Hakimiyyəti və səhmdar cəmiyyəti bu qərardan irəli gələn məsələləri həll etməlidir.
Oxşar Xəbərlər:
26 may 2025, 10:26
09 yan 2025, 15:53
